Facebook, Instagram, LinkedIn, Twitter, Youtube, və s.

Böyük media dünyasının ən yeni, son dövrlər isə ən təsirli qolu olan Sosial Şəbəkələrə sərhədsiz bir xəbərləşmə hovuzu da deyilə bilər. İstənilən şəxsin bu platformadan asanlıqla istifadə edə bilməsi sosial medianı ən cəzbedici reklam vasitələrindən biri halına gətirib. Azərbaycanda sosial şəbəkələrdən istifadə edən gündəlik aktiv 2 milyon nəfərdən çox olmaqla ümumilikdə 4.5 milyondan çox istifadəçi mövcuddur. Bu da sosial medianın ölkəmizdə nə dərəcədə təsirli bir platforma olduğunu bir daha sübut edir.

 


                                                               

Xidmət göstərdiyiniz sahədən asılı olmayaraq sizin potensial müştərilərinizin böyük bir hissəsi sosial şəbəkə (Facebook, Instagram, Twitter, Linkedin, WhatsApp, YouTube, Snapchat, Telegram, Wechat, Tumblr, Skype, Viber, ) istifadəçisidir. Bu da sizə təklif etdiyiniz məhsul və ya xidmətlərinizlə bağlı istənilən informasiyanı müştərilərinizlə asanlıqla paylaşmaq imkanı yaradır. Məqsədyönlü sosial şəbəkə idarəçiliyi istər fərdi, istərsə də korporativ olaraq inkişafa təkan verir və şəxs və ya şirkəti hədəf auditoriyası arasında qısa zamanda tanıdır.

 

                                                                                                

      

BERC GROUP şirkətinin Rəqəmsal Marketinq şöbəsi olaraq sosial şəbəkələrin idarəçiliyini çoxillik təcrübəyə malik və ixtisaslaşmış komanda ilə həyata keçiririk. Məqsədimiz sloqanımızdan (İşiniz Bizim İşimiz) da göründüyü kimi işinizə öz işimiz kimi yanaşmaq və sizin haqqınızda kreativ fikirlər yaradaraq fərdi və ya  korporativ olaraq tanınmağınızı və inkişafınızı təmin etməkdir.

Əlavə olaraq peşəkar əməkdaşlarımızla birlikdə sosial aləmdə Azərbaycan dilindən düzgün istifadə olunmasına da diqqət edirik. Bu, şirkətinizin imicinin formalaşmasında vacib amildir.

 

             

Sosial şəbəkələrdə reklam digər kanallardan daha effektivdir. Səbəbi isə sosial mediyanın bizə bu sahədə yaratdığı imkanlarla əlaqədardır. Rekalmınızın hansı yaş kateqoriyasında olan insanlara, hansı cinsdən olan şəxslərə, hansı ərazidə yaşayan istifadəçilərə, neçə nəfərə göstərilməsi kimi bir çox özəllikdən istifadə edərək minimum reklam xərcləri ilə maksimum nəticələr əldə edə bilərsiniz.