SEO Optimizasiyası SEO Mühəndisliyi

SEO nədir?” sualına fərqli mənbələrdə müxtəlif cavablar tapmaq olar. Tərif verməyə çalışsaq, SEO ( Search Engine Optimization) veb-saytların daha çox orqanik trafik əldə etməsi, həmçinin axtarış sistemlərində ilk sıralarda yer alması üçün həyata keçirilən addımlardır – deyə bilərik. Bu bloq yazımızda “SEO nədir?” ilə yanaşı aşağıdakı suallara da cavab verəcəyik:

SEO nədir və nə üçün önəmlidir?

SEO optimizasiya rəqəmsal marketinqin ən vacib kanallarından biridir və rəqəmsal strategiyanızda mütləq yer almalıdır. Əgər bir veb-saytınız, onlayn mağazanız və ya bloqunuz varsa, düzgün qurulmuş SEO strategiyası ilə doğru auditoriyaya çata, satışlarınızı və markanızın tanınmağını artıra bilərsiniz. 

Orta hesabla hər insan gün ərzində Google-da minimum 3-4 dəfə axtarış edir və günlük ümumi axtarışların sayı 5.6 milyard civarındadır. Rəqəmlər göstərir ki, bu dinamika hər il sürətlə artmaqdadır.

Nə qədər sürətli olması müzakirəli məsələ olsa da, ölkəmizdə də rəqəmsallaşmaya keçidin olduğunun şahidiyik. Bir çox şirkətlər artıq rəqəmsal kanallarda təmsil olunurlar, veb-saytı və sosial media hesabları olmayan çox az şirkət və qurum var. Lakin əla dizayn olunmuş və mükəmməl funksionallığa sahib veb-sayt hələ hər şey demək deyil. Əgər sizin auditoriyanız biznesinizi və satdığınız məhsulu ifadə edən açar sözlərlə Google-da axtardıqda saytınız onların qarşısına çıxmırsa, demək ki, artıq SEO-nu rəqəmsal strategiyanıza qatmaq haqda düşünməyin vaxtı çatıb. Məsələn, əgər ofis mebelləri satışı ilə məşğul olan bir şirkətin saytı  “ofis mebelləri” açar sözü ilə axtarıldıqda, nəticələr arasında görünmürsə bu potensial müştərilərin itirilməsi deməkdir.

 

SEO sizə nə qazandıracaq?

SEO mənə nə qazandıracaq? Bu sual bir çoxlarının ağlına gələ bilər. Düşünə bilərsiniz ki, mən saytım üçün lazım olan trafiki sosial media paylaşımlarından, display və PPC reklamlarından əldə edirəm, bir də bunun üçün niyə əlavə büdcə, resurs ayırım? Təbii ki, digər kanallar da önəmlidir, lakin SEO prosesinin nəticəsində əldə edəcəyiniz orqanik trafik bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərin bir neçəsini sadalayaq:

SEO necə işləyir?

Axtarış sistemlərinin alqoritmləri saytları ortalama 200 fərqli kriteriyaya görə dəyərləndirir və sıralamalar buna görə təyin olunur. Bu faktorların bəziləri sayt daxili, bəziləri isə sayt xarici faktorlardır. SEO mütəxəssisləri detallı audit etdikdən sonra saytınızın bu kriteriyalara nə qədər cavab verdiyini müəyyənləşdirir və bundan sonra optimizasiya prosesinə başlanılır. SEO optimiziya zamanı fərqli üsullar və texnikalardan istifadə oluna bilər, lakin bu zaman çalışmaq lazımdır ki, axtarış sistemlərinin təlimatlarından kənara çıxılmasın.

On-page və off-page seo nədir?

White-Hat və Black-Hat SEO nədir?

Axtarış sistemlərindən gələn trafiki artırmaq və ilk sıralarda çıxmaq üçün müxtəlif texnikalar və üsullar mövcuddur. Bu üsulların axtarış sistemlərinin tələblərinə nə qədər uyğun olub olmamasına görə SEO “white-hat” və “black-hat” olaraq bölünür. White SEO axtarış sistemləri tərəfindən qəbul olunmuş qaydalara uyğun olaraq aparılan optimizasiya işlərinə verilən addır, həmçinin bizim də tətbiq etdiyimiz və tövsiyə etdiyimizdir. Black SEO isə adından da anlaşıldığı kimi qaydalara zidd üsullarla daha yüksək sıralamalar və trafik əldə etmək üsuludur.

Texniki SEO nədir?

Texniki SEO veb-saytı müasir axtarış sistemlərinin texniki tələblərinə uyğun olaraq optimizasiya etməklə daha yaxşı nəticələr almağa fokuslanır. Bu zaman saytın render olunub indekslənməsi, strukturu kimi bir çox vacib detallar nəzərə alınır.