Google xidmətləri

Google AdSense , Google AdWords, Google My Business, Youtube reklamlarının idarə olunması

Adsense Google şirkətinə məxsus reklam xidmətidir. Ancaq Adwords ilə qarışdırmamaq lazımdır. Belə ki, adwords reklam vermək üçün istifadə olunur. Yəni bir sahibkar kimi şirkətinizin, hansısa bir xidmətinizin reklamını adwords ilə insanlara çatdıra bilərsiniz. AdWords ilə reklam yayımlamaq üçün əlbəttə müəyyən ödənişlər etməlisiniz.

AdSense ile pul qazanmaq üçün aşağıdakılar önəmlidir:

·       Səhifənizin gündəlik girişi yüksək olmalıdır, yəni hərgün səhifənizə minlərlə insan girməlidir.

·   Sadəcə giriş önəmli deyil. Səhifənizə daxil olan istifadəçilər reklamlara tıklamalıdır ki, siz pul qazana biləsiniz. Bunun üçün də səhifəniz insanların maraqlarına görə hazırlanmalı, maraqlı, dolğun məlumatlar daxil edilməlidir. Dolğun məlumat olduqda istifadəçiyə həmin səhifədəki məlumatlara uyğun reklamlar göstərilir və istifadəçinin həmin reklama daxil olması ehtimalı yüksəlir.

·   Adsense tərəfindən müəyyən edilmiş qaydalar mütləq ciddi şəkildə oxunmalı və həmin qaydalara ciddi riayət edilməlidir. Əks halda hesabınızda qazanılmış məbləğ olsa belə hesabınızı bloklaya bilərlər. Hətta xəbərdarlıq etmədən belə bloklama haqqları var.

·        İnternet səhifəniz adsense tərəfindən dəstəklənən dillərdə olmalıdır. Məsələn: İngilis, Rus, Türk dillərində.