Google AdSense , Google AdWords, Google My Business, Youtube reklamlarının idarə olunması 

 

“Google AdSense” nədir?

 AdSense Google şirkətinə məxsus reklam xidmətidir. Ancaq AdWords ilə qarışdırmamaq lazımdır. Belə ki, AdWords reklam vermək üçün istifadə olunur. Yəni bir sahibkar kimi şirkətinizin, hansısa bir xidmətinizin reklamını AdWords ilə insanlara çatdıra bilərsiniz. AdWords ilə reklam yayımlamaq üçün əlbəttə müəyyən ödənişlər etməlisiniz.

AdSense isə sahibkarların reklamlarını internet səhifənizdə yayımlamaq üçün istifadə olunur. 

İnternet səhifənizin (Youtube kanalı da ola bilər) olduğunu düşünürəm. Səhifənizdə reklam üçün yer ayırmısınız və pul qazanmaq istəyirsiniz. AdSense hesabı açaraq (hesab pulsuz açılır) həmin hesabda reklam bölmələri yaradırsınız və həmin bölmələrin kodlarını internet səhifənizə yerləşdirirsiniz. Nəticədə həmin bölmədə istifadəçilərə reklamlar göstərilir. İstifadəçilər göstərilən reklamlara tıklayaraq reklam səhifəsinə keçid etdikdə sizin AdSense hesabınıza müəyyən məbləğdə pul otuzdurulur. Hesabdakı məbləği nəğdləşdirmək üçün nəğdləşdirmə limiti qədər hesabınızda pul olmalıdır. Bu limit hesabınızdakı valyutaya görə dəyişir. Məsələn hesabınız dollar hesabıdırsa (Azərbaycan üçün dollar hesabı verilir) 100$ limitinə çatdıqda nəğdləşdirmə mümkün olur. Türkiyə lirəsi hesabları üçün bu məbləğ 200TL`dir. 

Onu da qeyd edim ki, adsense hansısa digər pul qazandıran xidmətlər qədər səviyyəsiz bir xidmət deyil. Professional şəkildə qanuni yolla pul qazanma yöntəmidir və xaricdə, hətta çox uzağa getməyək Türkiyədə yüzlərlə insan adsense vasitəsi ilə ayda minlərlə pul qazanırlar. Əlbəttə adsense ilə pul qazanmaq asan iş deyil ancaq mümkünsüz də deyil.

Adsense ilə pul qazanmaq üçün aşağıdakılar önəmlidir:

Google AdWords nədir? Google AdWords-də reklam verməyin üstünlükləri nələrdir?

Dünya miqyasında reklam bazarında liderlik edən Google AdWords-də, məhsul və ya xidmət təklif etmək çox asandır. Hər firmaya reklam vermə şansı təqdim edən Google AdWords-un istifadəsi olduqca asan, sürətli olmaqla bərabər, geniş kütləni də əhatə edir. Düzgün istifadə olunduqda effektivlik dərəcəsi yüksək olur və reklam üçün seçilən kəlimələr arasında da rəqabət yaranır.Google AdWords-un istifadəsi olduqca sadədir. Təbii ki, bu işdə də mütəxəssis köməyindən istifadə etmək daha məqsədəuyğundur. Reklam verənlər Google AdWords vasitəsilə gələn hər bir ziyarət üçün məbləğ ödəyirlər. Asan istifadə olunduğu üçün Google AdWords ən çox istifadə olunan Google xidmətlərindən biridir.

Büdcə təyinetməyə yardımçı olur

AdWords reklamlarını verməzdən əvvəl ilk öncə büdcənizi təyin etməli və buna uyğun addım atmalısınız. Burada nə qədər çox maliyyə sərf etsəniz, bir o qədər çox ön sıralarda yer alacaqsınız. Bir məhsulu tanıdarkən klik başına ödəniş sisteminin keçərli olduğunu unutmayın.

Açar söz təyini

Büdcənizi təyin etmisinizsə, ikinci vacib olan məsələni unutmamalısınız. İkinci əsas məsələ isə düzgün açar sözün seçilməsidir. Bu işdə SEO mütəxəssisləri vacib rol oynayırlar. Belə ki, bu mütəxəssislər məhsula uyğun gələn söz və söz birləşmələrini düzgün seçməlidirlər. Bu seçimlər istifadəçinin məhsul və xidmətlərinizi daha tez tapmaqda yardımçı olacaq. Buna misal olaraq, Dominos-un Google AdWords-də verdiyi reklamı göstərmək olar. Belə ki, istifadəçi "Lahmacun sifarişi ver" axtarışını verdikdə "Pizza mı Lahmacun mu?" və ya Dominosun digər məhsulları haqda təkliflər öz əksini tapırdı. Bu yolla Dominos öz internet üzərindəki satışlarını 4 dəfə artıra bilmişdi. Yəni reklam verərkən insanların düşüncəsinə təsir edən sadə amma yaradıcı fikirlər tapmaq vacibdir. Çünki reklam insanların şüur altına təsir edən amillərdəndir. 

Fərqli saytlarda reklam verməyin üstünlükləri

Reklamınızı eyni zamanda başqa saytlarda da vermək şansınız var. Məhsullarınızı Google-un sahib olduğu ya da ortağı olduğu saytlarda görüntüləyə bilərsiniz. Bundan əlavə reklamlarınızın hansı saytda təqdim olunması seçimini özünüz edə bilərsiniz. Bu işdə görüntülü reklam şəbəkəsi olan veb saytları da işinizi asanlaşdıra bilər.

Reklam sıralaması necə təyin olunur

Google-un axtarış sistemində AdWords reklamlarının hamısı ilk səhifədə yer almır. Bunun üçün açar kəlimələri seçərkən diqqətli olmaq və axtarış zamanı istifadəçinin axtara biləcəyi başlıqları etiketlərdə düzgün qeyd etmək lazımdır.

Niyə AdWords? — Milyonlara öz reklamınızı təqdim etmə şansı verir!

Virtual aləmdə klassik əlaqə vasitələrinə rast gəlmək demək olar ki, mümkün deyil. İndi artıq hər kəs internet üzərindən bir-biri ilə əlaqə saxlayır. İnternetin ən vacib qollarından olan reklamçılıq isə bu sahədə xüsusi rol oynayır. Reklam sektorunun internet üzərindən olması isə təbii ki, daha böyük kütləyə çatmağa şərait yaradır. Bu sahədə AdWords xüsusi ilə seçilir, çünki burda hər cibə uyğun reklamı veb üzərindən vermək mümkündür.

Bundan əlavə Google-da reklam verməyin əsas üstünlükləri aşağıdakılardır: