Vergi hüququ
- Müştərinin hüquq və mənafelərinin vergi orqanlarında müdafiə olunması, onların hüquqi müşayiət olunması;
- Vergi orqanlarının qəbul etdiyi qərarların və hərəkətlərin hüquqi ekspertizası, onların inzibati orqanlarda və məhkəmə instansiyalarında mübahisələndirilməsi;
- Vergi yoxlamaları olan zaman müştərinin maraqlarının təmsil olunması;
- Vergi orqanlarının qanunsuz hərəkətlərindən şikayətlərin olunması, artıq ödənilmiş və ya alınmış vergi məbləğlərinin və tutulmaların qaytarılması üçün müvafiq qurumlara müraciətlərin hazırlanması;
- Vergi cinayətləri zamanı müştərinin hüquq və mənafelərinin ibtidai istintaq və məhkəmələrdə müdafiə olunması;
- Vergi mübahisələrinin məhkəmədən əvvəl və ya məhkəmədə həlli;
- Vergi orqanlarının aktlarının, sanksiyalarının inzibati qaydada və ya məhkəmə qaydasında mübahisələndirilməsi.