Müştərilərin məhkəmələrdə müdafiə olunması üzrə hüquqi xidmətlər

Komandamız məhkəmədən əvvəl və ya məhkəmə prosesləri zamanı hüquqi və fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün qanunvericilik əsasında iddiaların qaldırılması və ya onlara qarşı qaldırılmış iddialarda müdafiənin təşkil olunmasında böyük təcrübəyə malikdir. Partnyor vəkillərimiz mülki, kommersiya və inzibati işlərdə nəzəri və praktik bilikləri sayəsində müştərinin hüquq və mənafelərinin qanunvericilik əsasında müdafiəsini təşkil edir və illər boyu bu mövzuda müsbət nəticələr göstərmişdir.