Əqli mülkiyyət hüququ

Bir çox sahibkar zəhməti və vəsaiti hesabına yeni məhsul yaradır və bu məhsul bazarda öz yerini tapdıqdan sonra bəzi sahibkarlar tərəfindən bu məhsulların istehsalına başlanır və nəticədə yeni məhsulu əziyyəti ilə ərsəyə gətirən sahibkar böyük itkilər verir. Deyə bilərik ki, bu cür yeni məhsula olan hüquqlar mənimsənərək məhsulu ərsə gətirən sahibkarla haqsız rəqabətə girilir. Nəticədə sahibkar vaxtında atmalı olduğu, lakin atmadığı addımlara görə, yanlış qərarlarına əsasən əziyyət çəkir. Lakin qanunvericilik əsasında əqli mülkiyyət obyektlərinə (ixtiralara, sənaye nümunələrinə, faydalı modellərə, əmtəə nişanlarına, coğrafi göstəricilərə) hüququn rəsmiləşdirilməsi ilə sahibkarlar öz hüquqlarını qoruya, haqsız rəqabətdən və digər sahikarlar tərəfindən qanun pozunutlarının qarşısının alınmasında sığortalanmış olurlar.