Əmək hüququ
- Əmək qanunvericiliyi əsasında əmək müqavilələrinin, maddi məsuliyyət müqavilələrinin, kollektiv müqavilələrin, məxfilik müqavilələrinin, əmrlərin, göstərişlərin və digər sənədlərin hazırlanması, hazır sənədlərin ekspertiza olunması;
- Əmək fəaliyyəti ilə bağlı sənədləşdirmənin hazırlanması;
- Əməyin mühafizəsi üçün qanunvericiliyə uyğun sənədlərin hazırlanması;
- Şirkətin əmək müqaviləsi bağlamaq istədiyi qeyri-rezident şəxslərə iş icazəsinin alınması üçün sənədlərin hazırlanması və müvafiq qurumlarda hüquqi müşayiət olunması;
- Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq orqanlar ilə yaranmış problemlərin həlli yollarının tapılması, müştərinin hüquq və mənafelərinin müdafiə olunması və onun hüquqi müşayiət olunması;
- Əmək qanunvericiliyinə xitam verilərkən əmək qanunvericiliyinin şərtlərinin həyata keçirilməsi üçün hüquqi məsləhətlərin verilməsi;
- Əmək qanunvericiliyinin pozulmasından irəli gələn problemlərin qanunvericilik əsasında həlli;
- Əmək mübahisələri zamanı şirkətlərin və ya fiziki şəxslərin məhkəmə orqanlarına müraciət etməsi üçün ərizələrin, şikayətlərin yazılması, müştərilərin məhkəmə orqanlarında təmsil olunması;