İXRAC ƏMƏLİYYATLARI
ÜNVANLI İXRAC ƏMƏLİYYATLARI:
- Ünvanlı ixrac əməliyyatları müştərilərin konkret sorğusu əsasında aparılır. Bu zaman müştərinin ixrac edəcəyi malın bütün göstəriciləri, idxalçı ölkə və idxalçı şirkət müştəri tərəfindən təqdim olunur. Təqdim olunmuş məlumatlar əsasında beynəlxalq ticarət şöbəsinin əməkdaşları tərəfindən təhlil və bazar analizi aparılmadan birbaşa alıcı ilə əlaqələr yaradılır və malların satılması və alıcıya çatdırılması işi kompleks şəkildə icra olunaraq mallar alıcıya təqdim olunur. Maliyyələşmə və digər xərclər əsasən müştərinin hesabına aparılır.
ÜMUMİ İXRAC ƏMƏLİYYATLARI:
- Ümumi ixrac əməliyyatları müştəri sorğusu olmadan həyata keçirilir. Beynəlxalq ticrarət şöbəsi tərəfindən online, topdan və ya pərakəndə satış məqsədilə ölkədən ixrac əməliyyatları buna aid edilir.