Təlimlər

     Təlimçilərimiz ölkəmizdə və hüquq elmində tanınmış, bu sahədə təlim-tədris təcrübəsinə malik, qabaqcıl ali tədris müəssələrimizin hüquq kafedralarında dərs deyən müəllim kollektivindən ibarətdir. Tədris olunacaq mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunmuşdur. Bu günə qədər keçirilmiş təlimlərimizdə iştirak edən təlim iştirakçıları bizim peşəkar müəllimlərimiz sayəsində yüksək nailiyyətlər əldə etmişdilər. Təlimlərimizidə iştirak qrup halında və ya fərdi qaydada həyata keçirilir.

Hakimliyə qəbul üçün test bölməsi üzrə təlim:

      Hakimliyə qəbul üçün yazılı imtahanın birinci fazasında test bölməsi üzrə təlimlərimiz Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşağıda adları sadalanan məcəllələr və qanunlar üzrə həyata keçirilir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, Cinayət Məcəlləsi (ümumi və xüsusi hissə), Cinayət Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, İnzibati Prosessual Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi, Mülki Məcəllə (ümumi və xüsusi hissə), Mülki Prosessual Məcəllə, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu, “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunu. Təlimlər həftədə 3 dəfə olmaqla, hər dərs 2 saat müddətində keçirilir. Təlim iştirakçıları hər dərsə aid 2 dəfə test imtahanı olur və suallar müzakirə olunur.

Hakimliyə qəbul üçün kazus bölməsi üzrə təlim

      Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hakimliyə namizədlər üçün yazılı imtahanın ikinci fazasında Mülki Məcəllə, Mülki Prosessual Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsindən kazusların həlli yolları göstərilir, qeyd olunan məcəllələrdə təlim iştirakçıları üçün aydın olmayan məqamlar izah olunur. Bundan əlavə iştirakçılarla müxtəlif kazuslar ətraflı müzakirə olunaraq həlli yolları göstərilir. Təlimlər həftədə 3 dəfə olmaqla, hər dərs 2 saat müddətində keçirilir.

 Vəkillik Kollegiyası üzvlüyünə qəbul üçün təlim

     Vəkillik Kollegiyasına üzvlük üçün yazılı imtahan (test) üzrə təlimlərimiz Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşağıda adları sadalanan məcəllələr və qanunlar üzrə həyata keçirilir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, Cinayət Məcəlləsi (ümumi və xüsusi hissə), Cinayət Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, İnzibati Prosessual Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi, Mülki Məcəllə (ümumi və xüsusi hissə), Mülki Prosessual Məcəllə, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu, “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunu. Təlimlər həftədə 3 dəfə olmaqla, hər dərs 2 saat müddətində keçirilir. Təlim iştirakçıları hər dərsə aid 2 dəfə test imtahanı olur və suallar müzakirə olunur.