1C: Müəssisə - müəssisə müxtəlif sənaye və miqyaslı şirkətlərdə istənilən iş prosesini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş 1C şirkətinin proqram təminatı məhsuludur. Ən məşhur avtomatlaşdırma məhsulları Mühasibat Uçotu, Ticarətin İdarə Edilməsi, Əmək haqqı və İnsan Resurslarıdır.

Bu proqram üzrə təlim mühasibat və idarəetmə uçotunu, o cümlədən əmək haqqı və kadrların idarə edilməsini avtomatlaşdırmağa, ticarət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırmağa imkan verir.

Təlim proqramı şirkət rəhbərləri, mühasiblər və mühasib olmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Təlim proqramı çərçivəsində real keyslər ilə müəssisədə baş verən əməliyyatlar 1C: Müəssisə 8.3 platformasında icra olunacaq və bu əməliyyatlar vasitəsilə müəssisənin mühasibat hesabatlarının təhlili öyrədiləcəkdir.

Təlimin tədris planına aşağıdakılar daxildir :

1C proqramı ilə ümumi tanışlıq

Alış əməliyyatları

Satış əməliyyatları

Anbar əməliyyatları

Bank əməliyyatları

Kassa əməliyyatları

Əsas vəsaitlər

İstehsal

Kadr əməliyyatları

Digər əməliyyatlar

Hesabatlar