“Berc Hüquq Məktəbi” BERC GROUP MMC-nin nəznində 2018-c ildən etibarən fəaliyyət göstərir.
Məktəbin məqsədini tələbələrinin və hüquq sahəsində fəaliyyət göstərən şəxslərin praktik peşə vərdişlərinə yiyələnməsi, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və qanunvericiliyin daha düzgün tətbiq olunması ilə bağlı təcrübənin inkişaf etdirilməsi təşkil edir.
Bu məqsədlə “Berc Hüquq Məktəbi” qarşısında aşağıdakı vəzifələr qoyulmuşdur:
• Tədris (dərslər, seminarlar, kurslar)
• Praktik peşə vərdişlərinin artırılmasına yönəlik təlimlər
• Kitabxana (ixtisaslaşmış kitabxananın qurulması)
• Elmi nəşrlər
• Milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, konqres və seminarların təşkili