Karyera

“BERC Group” şirkəti davamlı olaraq insan kapitalına və onun inkişafına önəm verən şirkətdir. Çünki biz əminik ki, əmək resurslarının effektiv istifadəsi ən vacib məsələlərdəndir. Əmək məhsuldarlığının artırılması üçün davamlı olaraq layihələr həyata keçirən şirkət öz strateji hədəflərinə çatmaqda təcrübəli kadrlarla yanaşı, yeni məzun olmuş gənc savadlı kadrların yetişdirilməsinə önəm verməkdədir. Mütəmadi olaraq böyüyən və inkişaf edən, komanda ruhunu özündə daşıyan, eyni zamanda korporativ dəyərlərə sahib çıxan, özgüvəni olan kadrların “BERC Group” ailəsinə qatılması Şirkətimizi daha da dəyərli edir. Əgər sizlər də bu dəyəri bölüşürsünüzsə, o zaman sizin doğru ünvanınız “BERC Group” şirkətidir. Biz birlikdə güclüyük!