Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
30 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Ekspress-C" ASC-nin ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
2 dekabr 2021-ci il tarixində "Ekspress-C" ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2001023608 |
Faizli təmin edilməmiş sənədsiz |
4 000 (ədəd) |
1 000 (manat) |
12,5 % |
2 il |
90 təqvim günündən bir |
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.