İstiqraz Buraxılışı "Ekspress-C"

11/04/2020 07:04
İstiqraz Buraxılışı "Ekspress-C"

Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

30 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Ekspress-C" ASC-nin ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

2 dekabr 2021-ci il tarixində "Ekspress-C" ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə

məlumat aşağıdakı kimidir: Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2001023608

Faizli təmin edilməmiş sənədsiz
adlı

4 000 

(ədəd)

1 000 (manat)

12,5 %

2 il

90 təqvim günündən bir


Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.